Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə daha Rusiyadan S-400 almayacaq? Çavuşoğlu Ankaranın mövqeyini açıqladı

© AFP 2024 / DIMITAR DILKOFFЗенитно-ракетный комплекс С-400, фото из архива
Зенитно-ракетный комплекс С-400, фото из архива - Sputnik Azərbaycan, 1920, 24.03.2021
Abunə olmaq
Türkiyənin xarici işlər naziri: "Bundan sonra başda ABŞ olmaqla müttəfiqlərimizlə ehtiyaclarımızı qarşılamaq üçün əməkdaşlıq edəcəyik".

BAKI, 24 mart - Sputnik.Rusiyadan alınan S-400 zenit-raket kompleksi ilə bağlı məsələ artıq Türkiyə üçün bitmiş sayılır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Brüsseldəki NATO qərargahında ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşdən sonra keçirdiyi mətbuat konfransında belə deyib. 

Görüş zamanı müzakirə olunan məsələlərə toxunan türk nazir ilk növbədə Blinkenlə danışıqların konstruktiv keçdiyini qeyd edib.

"Görüş zamanı S-400 məsələsinin Türkiyə üçün bitdiyini dedim. Bildirdim ki, bundan sonra başda ABŞ olmaqla müttəfiqlərimizlə ehtiyaclarımızı qarşılamaq üçün əməkdaşlıq edəcəyik. Amerikanın dövlət katibi ilə Türkiyədə və ya ABŞ-da daha geniş tərkibdə görüşün keçiriləcəyinə dair razılığa gəldik”, - deyə Çavuşoğlu əlavə edib. 

Xatırladaq ki, son dövrlərdə ABŞ-la Türkiyə arasındakı müttəfiqlik münasibətlərində soyuqluq yaranmışdı. Bunun səbəbləri arasında ABŞ-ın Türkiyəyə "Patriot" zenit-raket kompleksini satmaq istəməməsi, rəsmi Ankaranın da bunun qarşılığında Rusiyadan S-400-ləri alması da var idi.

Xəbər lenti
0