BAKI, 23 mart - Sputnik. Rusiyada, Kaluqa şəhəri yaxınlığındakı hərbi aerodromda insident baş verib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, aerodromda yerləşən uzaq məsafəli Ту-22М3 bombardmançı təyyarəsinin katapultu qəfildən işə düşüb.
"Kaluqa vilayətindəki aerodromda uçuşa hazırlanan Ту-22М3 təyyarəsində katapulta sistemi gözlənilmədən işə düşüb. Paraşütlərin açılması üçün kifayət qədər yüksəklik olmadığından heyətin üç üzvü yerə çırpılaraq həlak olub", - RF Müdafiə Nazirliyindən bildirilib.
Təyyarənin texniki baxışdan keçirilməsi və hadisənin səbəblərinin araşdırılması üçün aerodroma Rusiya KSQ-nin komissiyası göndərilib.