Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyaya nota verildi, diplomatları ölkədən çıxarırlar

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidПорфель чиновника, фото из архива
Порфель чиновника, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.03.2021
Abunə olmaq
Rusiyalı senator Vladimir Cabarov isə öz növbəsində qeyd edib ki, diplomatların ölkədən çıxarılacağı təqdirdə Moskva "güzgü effekti" qaydasında Sofiyanın cavabını verəcək.

BAKI, 22 mart - Sputnik. Bolqarıstan hökuməti iki Rusiya diplomatını "casus qalmaqalına" görə ölkədən çıxarır. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Bolqarıstanın Milli Televiziyası məlumat yayıb. 

Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanovaya müvafiq nota artıq təqdim olunub. 

Bolqarıstanın Baş Prokurorluğu bir qrup şəxsin Rusiya lehinə casusluq etməsi şübhəsi ilə istintaq aparıb. Proses zamanı məlum olub ki, guya iki rusiyalı reqlamentləşdirilməmiş kəşfiyyat fəaliyyəti ilə məşğul imiş. Üstəlik, şübhəlilərin Vyana Konvensiyasına müvafiq olaraq diplomatik immunitetləri varmış.  

Bu səbəblə baş prokuror İvan Geşev martın 22-də şəxsən özü məlumatı XİN-ə ötürüb. 

Bundan öncə Bolqarıstanın Baş naziri Boyko Borisov bəyan etmişdi ki, casusluq barədə iş fonunda rusiyalı diplomatları ölkədə arzuolunmayan şəxslər elan edə bilər.

Rusiyalı senator Vladimir Cabarov isə öz növbəsində qeyd edib ki, diplomatların ölkədən çıxarılacağı təqdirdə Moskva "güzgü effekti" qaydasında Sofiyanın cavabını verəcək.

Xəbər lenti
0