BAKI, 22 mart - Sputnik. Sankt-Peterburqdan Murmanska gedən turist qrupunun qar uçqununa düşməsi nəticəsində bir qız həlak olub.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə İstintaq Komitəsinin məlumatında deyilir.
Xibinada, İmandra qəsəbəsi yaxınlığında bu gün axşamçağı qar uçqunu olub. Həmin vaxt orada hərəkət edən turist qrupunda 16 turist, o cümlədən 13 uşaq olub.
FHN-in məlumatına görə, uçqunda ölən qız 2008-ci il təvəllüdlü idi. Qrupun digər üzvlərinın vəziyyəti normal olub və tibbi yardıma göstərilməsinə ehtiyac duyulmayıb.
İstintaq Komitəsi fəlakətin detallarını araşdırır.