Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Putin çox ağıllı və qəşəng cavab verdi" - Ərdoğan Baydeniz sözlərini

© © Murat Cetinmuhurdar / Presidential Press Office / Handout via REUTERSПрезидент Турции Реджеп Тайип Эрдоган, фото из архива
Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.03.2021
Abunə olmaq
Bir ölkə prezidentinin Rusiya kimi bir dövlətin rəhbərinə qarşı belə bir ifadə işlətməsi doğurdan da qəbul olunan, həzm edilən deyil.

BAKI, 19 mart — Sputnik. "Birləşmiş Ştatların Prezidenti Co Baydenin rusiyalı həmkarının ünvanına səsləndirdiyi fikirlər prezidentə yaraşmayan ifadələrdir". Sputnik Azərbaycan "NTV"-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Bir ölkə prezidentinin Rusiya kimi bir dövlətin başçısına qarşı belə bir ifadə işlətməsi doğrudan da qəbul edilən, udulan deyil. Mənə görə cənab Putin çox ağıllı və qəşəng bir cavab verərək lazım olanı etmişdir", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, martın 17-i Birləşmiş Ştatlar Prezidenti Co Bayden "ABC" telekanalına müsahibəsində bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ seçkilərinə müdaxilə etdiyi üçün cavab verəcək.

"O, cavab verəcək" – deyə ABŞ Prezidenti bildirib. Bayden eyni zamanda Putini qatil adlandırıb.

ABŞ prezidenti vurğulayıb ki, yanvarda danışıqlar zamanı Rusiya Prezidentini mümkün nəticələr barədə xəbərdar edib.

Rusiya Prezidenti Vladimir Putin isə buna cavab olaraq amerikalı həmkarı Co Baydenə sağlamlıq arzulayıb

"ABŞ-dan olan həmkarımın bəyanatına gəldikdə. O dediyi kimi, biz, doğrudan da şəxsən tanışıq. Ona nə cavab verərdim? Mən ona deyərdim, sağlam olun! Mən ona sağlamlıq arzulayıram. Bunu ironiyasız, zarafat olmadan deyirəm", - Rusiya Prezidenti bildirib.

"Uşaq vaxtı, biz həyətdə bir-birimizlə mübahisə edən zaman deyirdik: kim deyirsə, o özüdür", - deyə Putin əlavə edib.

Putin vurğulayıb ki, hər bir xalqın tarixində "xeyli sayda dramatik və qanlı hadisələr var".

"Biz digər insanları və digər xalqları qiymətləndirəndə həmişə sanki güzgüyə baxıb, öz problemlərimizi başqaların üzərinə qoyuruq", - deyə Putin qeyd edib.

Xəbər lenti
0