Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ABŞ-la münasibətlərin pisləşməsinə hazırdır – Lavrov

© AFP 2023 / VLADIMIR SIMICEKМинистр иностранных дел РФ Сергей Лавров, фото из архива
Министр иностранных дел РФ Сергей Лавров, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.03.2021
Abunə olmaq
Rusiyanın Xarici işlər naziri deyib ki, hazırkı şərtlərdə vətəndaş cəmiyyətləri xətti ilə beynəlxalq kontaktların rolu artır.

BAKI, 19 mart — Sputnik. Rusiya Birləşmiş Ştatlarla münasibətlərdə vəziyyətin çətin inkişafına hazırdır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.

"Yəni vəziyyət ( ABŞ-la münasibətlərdə - red.) həqiqətən də asan deyil, lakin biz hadisələrin bu cür inkişafına hazırıq", - deyə Lavrov Qorçakov Fondunun Qəyyumlar Şurasının iclasında bildirib.

O, bir daha "Rusiya ABŞ-la "yalnız bizə maraqlı olan sahələrdə və yalnız bizə sərfəli olan şərtlərdə" iş birliyinə hazırdır" mövqeyini xatırladıb.

Lavrov vurğulayıb ki, hazırkı şərtlərdə vətəndaş cəmiyyətləri xətti ilə beynəlxalq kontaktların rolu artır.

Qeyd edək ki, bu günlərdə ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putinlə bağlı söylədiyi fikirlər bütün dünyada böyük əks-səda doğurub.

Bayden bildirmişdi ki, Vladimir Putin seçkilərə müdaxilə ilə bağlı cavab verməli olacaq. KİV-də, həmçinin qeyd olunmuşdu ki, ABŞ prezidenti ABC telekanalına müsahibəsində Rusiya liderini qatil adlandırıb. Buna cavab olaraq, Putin Baydenə sağlamlıq arzulayıb və onu canlı yayımda teledebata çağırıb.

 

Xəbər lenti
0