Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ruslar ölüm hökmünü niyə qaytarmaq istəyirlər?

© AFP 2024 / DOMINIQUE FAGETТюрьма, фото из архива
Тюрьма, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.03.2021
Abunə olmaq
"Təcavüzkarlar, qatillər azadlığa buraxılanda onların bundan sonra nəcə davranacaqları məsələsi ortaya çıxır. Əlbəttə ki, hər kəs özü, yaxınları, qohumları üçün narahat olur".

BAKI, 18 mart — Sputnik. Rusiya Federasiyası Prezidenti yanında İnsan Haqları Şurasının icraçı katibi Aleksandr Toçenov belə hesab edir ki, cəmiyyətdə ölüm hökmünə qoyulmuş moratoriumun ləğvi tələbi səs-küylü məhkəmə işləri və təhlükəli cinayətkarların sərbəst buraxılması səbəbindən ortaya çıxır, ancaq hələlik bu cəzanı bərpa etməyə ehtiyac yoxdur.

Qeyd edək ki, bir qədər bundan əvvəl Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi sorğunun nəticəsi göstərib ki, ruslar ölüm hökmünə qoyulmuş moratoriumun ləğv olunması, korrupsiyaya görə cəzaların sərtləşdirilməsi, pensiya islahatının təxirə salınması, Vahid Dövlət İmtahanını ləğv olunması və vergilərin azaldılmasını istəyirlər.

"Düzdür, bu fikirdə olanlar çox deyil... Ancaq insanlar bunu (ölüm hökmünü - red.) yaxşı xatırlayırlar, çox təəssüf ki, bu gün də ağır cinayətlər törədilir və bundan hamı xəbər tutur. Və təcavüzkarlar, qatillər azadlığa buraxılanda onların bundan sonra nəcə davranacaqları məsələsi ortaya çıxır. Əlbəttə ki, hər kəs özü, yaxınları, qohumları üçün narahat olur", – deyə Toçenov RIA Novosti-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bəzi cinayətlər çox ciddi cəzalar tələb etsə də, bir insanın həyatına son qoymağa haqqımız çatmır, çünki bu həyatı ona biz verməmişik.

İcraçı katib ölüm hökmünə qoyulan moratoriumun ləğvi barədə danışmağın hələ tez olduğunu vurğulayaraq bildirib ki, məhkəmə sistemi ölkənin hər yerində eyni qaydada işləmir və hüquq-mühafizə orqanları da bəzən səhvə yol verir.

Xəbər lenti
0