QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Politoloq: “ATƏT Azərbaycana yardım göstərə bilər”

© Sputnik / Murad OrujovПолитолог Ильгар Велизаде
Политолог Ильгар Велизаде - Sputnik Azərbaycan, 1920, 18.03.2021
Abunə olmaq
Politoloq İlqar Vəlizadə deyir ki, bizim ATƏT ilə münasibətlərimiz təkcə hüquqlarımızın tanınması ilə bağlı deyil
İlqar Vəlizadə: “İkitərəfli münasibətlər müxtəlif istiqamətlər üzrə inkişaf edir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Müharibədən sonrakı dövrdə ATƏT-Azərbaycan münasibətlərini Sputnik Azərbaycan-a şərh edən politoloq İlqar Vəlizadə deyir ki, ikitərəfli münasibətlər müxtəlif istiqamətlər üzrə inkişaf edir:

“Bu münasibətlər təkcə Azərbaycanın suveren hüquqlarının tanınması ilə bağlı deyil. Həmçinin siyasi dialoq, iqtisadi əməkdaşlıq münasibətlərimizin prioritet istiqamətləridir. Regionda 44 günlük müharibədən sonra yeni reallıqlar yaranıb. Azərbaycan böyük quruculuq işləri reallaşdırır. Bu məsələlərdə ATƏT Azərbaycan-a yardım göstərə bilər”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0