Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Hesabat: MKİ Latviya SS legionerlərini əməkdaşlığa cəlb edib

© Sputnik / Oksana Dzhadan / Mediabanka keçidШествие легионеров СС в Риге
Шествие легионеров СС в Риге - Sputnik Azərbaycan, 1920, 18.03.2021
Abunə olmaq
Təbii ki, nasistlərin cinayətlərində iştirak agenturaya cəlb olunan namizədlər üçün üstünlük sayılmayıb. Lakin onların əsas üstünlüyü nasistlər tərəfindən təşkil olunmuş polis strukturlarında çalışmaları olub.

 

BAKI, 18 mart — Sputnik. Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi Latviyanın SS legionunun Sovet İttifaqının Böyük Vətən müharibəsi zamanı işğal olunmuş ərazilərdə qalmış dinc sakinlərinə qarşı kütləvi qətliamlarda əli olan keçmiş üzvlərini əməkdaşlığa cəlb edərək sonradan onları bu respublikada təxribat fəaliyyəti üçün istifadə edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə "Tarixi yaddaş" Fondunun hazırladığı "Təqaüddə olan cəlladlar. Latviyadan olan, MKİ-yə xidmət edən nasistlər" adlı hesabatda deyilir.

Hesabatın təqdimatı cümə axşamı "Rossiya Seqodnya" BİA-da baş tutub.

"Hesabatda dərc olunan məlumatlara görə, MKİ-nin latış agentlərinin əksəriyyəti Böyük Vətən müharibəsi illərində nasistlərə xidmət ediblər. Bu agentlərin bir çoxu bəşəriyyətə qarşı olan cinayətlərdə, o cümlədən Holokostda, dinc əhaliyə qarşı cəzalandırma əməliyyatlarında, Leninqradın blokadasında iştirak edib", - deyə sənəddə bildirilir.

Tədqiqatda konkret olaraq Novqorod vilayətinin Jestyanaya qorka kəndində dinc əhaliyə, xüsusilə də qadın və uşaqlara qarşı divan tutulmasında iştirak etmiş latış SS legioneri Yanis Cirilusun MKİ ilə əməkdaşlığına dair faktlar gətirilir.

MKİ-nin açıqlanmış məxfi sənədlərinin təhlili əsasında hazırlanmış sənəddən məlum olur ki, Amerika kəşfiyyatının agentləri arasında əsas rolu "Daugavas Vanagi" (Dauqava qırğıları) təşkilatının üzvləri və idarə heyəti oynayıb. Həmin təşkilat II Dünya müharibəsindən sonra Belçika ərazisində olan hərbi əsirlər üçün düşərgədə keçmiş Latviya SS əməkdaşları tərəfindən yaradılıb. Təşkilatın mərkəzi Qərbi Almaniyanın Münster şəhərində, filialları isə 12 Qərb ölkəsində, o cümlədən ABŞ, İngiltərə və Kanadada fəaliyyət göstərib. Təşkilatın 130-a qədər yerli özəyi iki mindən artıq insanı birləşdirib.

Sovet İttifaqının süqutundan sonra təşkilatın bölmələri Latviyada açılıb. Hazırda "Daugavas Vanagi" Latviya SS-inin veteranlarının daha çox yaşadığı ölkələrdə həmin təşkilatın bölmələri var. Məhz bu təşkilatın təşəbbüsü ilə Latviyada latış SS legionunun xatirəsi hər il martın 16-da qeyd olunur.

Hesabatın müəllifləri MKİ-nin nə üçün məhz bəşəriyyətə qarşı cinayətlərdə aşkar əli olmuş insanları agentura fəaliyyətinə də aydınlıq gətiriblər: "Bu sualın tamamilə rasional bir cavabı var. Təbii ki, nasistlərin cinayətlərində iştirak agenturaya cəlb olunan namizədlər üçün üstünlük sayılmayıb. Lakin onların əsas üstünlüyü nasistlər tərəfindən təşkil olunmuş polis strukturlarında çalışmaları olub".

Müəlliflər onu da bildirirlər ki, keçmiş polis əməkdaşları daha çox əlaqələrə və operativ iş üçün faydalı olan vərdişlərə malik olublar. "MKİ polis əməkdaşlarını cəlb etməyə üstünlük verib, həmin polislər isə nasistlərin tərətdiyi cinayətlərdə fəal iştirak ediblər", - deyə tarixçilər bildirirlər.

Xəbər lenti
0