Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ABŞ-dakı səfirini geri çağırdı

© AFP 2023 / YURI KADOBNOVКремль, фото из архива
Кремль, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.03.2021
Abunə olmaq
Mariya Zaxarova: Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov, ABŞ-la münasibətlər kontekstində nə edəcəyimizi və hara hərəkət edəcəyimizi analiz etmək üçün Moskvaya məsləhətləşmələrə dəvət edilib

BAKI, 17 mart - Sputnik. Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Rusiya-ABŞ münasibətlərinin analizi üçün Moskvaya məsləhətləşməyə çağırılıb. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov, ABŞ-la münasibətlər kontekstində nə edəcəyimizi və hara hərəkət edəcəyimizi analiz etmək üçün Moskvaya məsləhətləşmələrə dəvət edilib”, - deyə M.Zaxarova vurğulayıb. 

"Amerikanın yeni rəhbərliyi təxminən iki aydır hakimiyyətdədir, simvolik 100 gün mərhələsi çox da uzaqda deyil və bu, Co Baydenin komandasının nə etdiyini və nəyi etmədiyini qiymətləndirmək üçün uyğun bir səbəbdir", - deyə Rusiya XİN-in səfirin geri çağrılması ilə bağlı yaydığı məlumatda bildirilir. 

Nazirlik Moskva ilə Vaşinqton arasındakı münasibətlərin çıxılmaz vəziyyətdə olduğunu və ən əsası bundan çıxmağın yollarını tapdığını qeyd edib.

"Amerikalılar bununla bağlı riskləri dərk etsələr, onların geri dönüşü olmayan deqradasiyasının qarşısını almaqda maraqlıyıq", - XİN bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarını onun ölkəsində seçkilərə müdaxilə etməkdə günahlandırıb və Vladimir Putinin ünvanına sərt ifadələr işlədib.  

Xəbər lenti
0