BAKI, 17 mart — Sputnik. ABŞ Rusiyanı silah ixracı və idxalı qadağan olunan ölkələr siyahısına daxil edib.
Bu barədə ABŞ Dövlət Departamentinin saytında yerləşdirilən sənəddə bildirilib.
Sənədin martın 18-dən qüvvəyə minəcəyi bildirilib.
Sənədə görə, Rusiya Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Kipr, Konqo Demokratik Respublikası, Eritreya, İraq, Livan, Liviya, Somali, Cənubi Sudan və Zimbabve ilə eyni siyahıda yer alıb.
Kosmos sahəsində və kommersiya xarakterli kosmik buraxılışlar sahəsində dövlətlərarası əməkdaşlıq çərçivəsində sentyabrın 1-dək olan əməliyyatlar üçün istisnalar edilib.