QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ağdamda 27 il sonra gördüklərimiz - VİDEO

Abunə olmaq
Media və QHT rəhbərləri, blogerlər Ağdamdakı dağıdılmış abidələri ziyarət edib, rayonda aparılan işlərlə tanış olublar. Ətraflı – videomuzda.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, bir qrup yerli media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunmuş Ağdam rayonunda səfər ediblər.

Sputnik Azərbaycan-ın məlumatına görə, onları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib. Səfər iştirakçıları Ağdamın Baş Qərvənd kəndinin ərazisində yerləşən Bərdə-Ağdam dəmir yolu xəttinin ətrafının minalardan təmizlənməsi əməliyyatları ilə tanış olub, Uzundərə kəndində 1991-ci ildə salınmış II Şəhidlər xiyabanını ziyarət edib, Qarabağ xanlarının abidələr kompleksinə, Ağdamın “Qarabağ” futbol klubunun “İmarət” stadionuna və digər məkanlara baş çəkiblər. 

Xəbər lenti
0