Emin Əlisahib, Sputnik Azərbaycan
BAKI, 13 mart — Sputnik. Azərbaycan Respublikası Prezientinin tapşırığına əsasən media və QHT rəhbərləri, blogerlər və ictimai fəalların işğaldan azad edilmiş Ağdam rayonuna səfəri başlayıb. Onları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasınını xarici siayasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir. Ağdama səfər edən media rəhbərləri və sosial media aktivistləri hazırda Ağdamın Qərvənd kəndi ərazisindədirlər.
Sputnik Azərbaycan-ın məlumatına görə, onlar Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarının minatəmizləmə əməliyyatları ilə tanış olublar. Hikmət Hacıyevin rəhbərlik etdiyi geniş tərkibli heyətdə ölkədəki televiziya, agentlik, sayt və qəzet rəhbərləri, həmçinin çox sayda bloger və sosial media aktivisti təmsil olunur. Nümayəndə heyəti Ağdam ərazisindəki dağıdılmış tarixi ərazilərə də baş çəkəcək.