BAKI, 12 mart — Sputnik. Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin yerləşmə şəraitinin yaxşılaşdırılması məqsədilə Rusiya Müdafiə Nazirliyinin maddi-texniki təminat mütəxəssisləri tərəfindən Əsgəran qəsəbəsində (Xocalı rayonunun Əsgəran qəsəbə inzibati ərazi dairəsində qəsəbə) növbəti 60 yerlik blok-modul şəhərcik salınıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Qeyd edək ki, bu artıq Rusiya sülhməramlı kontingenti üçün salından doqquzuncu belə şəhərcikdir. Bu cür şəhərciklər ehtiyac duyulan hər şeylə təchiz edilmiş tamhüquqlu muxtar obyektlərdir. Ayrıca elektrik, su təchizatı, isitmə sistemi var. Hərbçilər üçün şəhərcikdə çarpayılar, qarderoblar, mətbəx mebeli, masalar, stullar, duş, tibb məntəqəsi, uniforma təmizləyici otaq, istirahət otağı, dəftərxana, anbar, yeməkxana və ərzaq anbarı var.