BAKI, 10 mart — Sputnik. Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə onun ermənistanlı həmkarı Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı ikitərəfli hərbi və hərbi-texniki sahədə əməkdaşlıq müzakirə edilib.
Nazirlər eyni zamanda, Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin vəzifələrinin icrası ilə bağlı mövcud vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparıblar.