BAKI, 8 mart - Sputnik. Qarabağdakı son döyüşlərdə itkin düşmüş və ölmüş erməni hərbçilərin cəsədlərinin axtarışları dayandırılıb.
Sputnik Ermənistan yazır ki, bunu Qarabağ separatçılarının "fövqəladə hallar üzrə dövlət xidməti" bildirib.
Qeyd olunur ki, işlər Qarabağın cənub istiqamətində, Azərbaycanın işğaldan azad etdiyi torpaqlarında aparılacaqmış, ancaq orada güclü duman görmə məsafəsini xeyli qısaldıb. Bildirilir ki, hava şəraiti imkan versə, axtarışlar sabah davam etdiriləcək.
Münaqişə zonasında atəşkəs rejimi elan olunduqdan sonra Ermənistan tərəfi rəsmi olaraq 1490 erməninin cəsədinin tapıldığını etiraf edib.