BAKI, 4 mart — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Zəngilan rayonunun Keçikli kəndindən videogörüntülər yayıb.
Sputnik Azərbaycan görüntüləri təqdim edir.
Keçikli kəndi Əsgülüm dağının yamacındadır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ mahalından gəlmiş Məmmədkərimli tirəsinə mənsub ailələr və Naxçıvanın Husulu kəndindən çıxmış ailələr tərəfindən dağda kecid yerində salınıb. Oykonim keçik (keçid) sözündən və -li mənsubluq şəkilçisindən düzəlib. Bəzi tədqiqatçılar isə kəndin adını mənşəcə oğuz tayfalarından olan Keçililərin adı ilə bağlayırlar.
Keçikli 1993-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvvələri kəndi erməni tapdağından azad edib.