Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml Putinlə Paşinyanın telefon danışığının detallarını açıqladı

© Sputnik / Aleksey DruzhininRusiya prezidenti Vladimir Putin və Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan
Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 26.02.2021
Abunə olmaq
"Əgər bizim yayımladığımız mətnə diqqətlə baxsaydınız, ehtimal ki, orada Rusiya prezidentinin problemin qanun çərçivəsində həllinə tərəfdar olduğunu göstərən sözlərini oxumaq fürsəti tapardınız", - Peskov.

BAKI, 26 fevral — Sputnik. "Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla dünənki söhbətində bu ölkədə vəziyyətin qanun çərçivəsində həll olunmasının tərəfdarı olduğunu bildirib", – bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Əgər bizim yayımladığımız mətnə diqqətlə baxsaydınız, ehtimal ki, orada Rusiya prezidentinin problemin qanun çərçivəsində həllinə tərəfdar olduğunu göstərən sözlərini oxumaq fürsəti tapardınız. Bu, çox vacibdir. Biz bu barədə kifayət qədər informativ xülasə verdik", - Peskov jurnalistlərin Rusiya və Ermənistanın Putin və Paşinyan arasında dünən baş tutmuş telefon danışığına dair yaydıqları rəsmi məlumatlarda fikir ayrılığının olması barədə sualını cavablandırarkən belə deyib.

Qeyd edək ki, Ermənistan hökumətinin veb saytında "Prezident Putin Ermənistanın qanuni hakimiyyətini dəstəklədiyini bildirdi" şəklində məlumat yer alsa da, Kremlin açıqladığı mətndə dəstəklə bağlı heç bir qeydə rast gəlinməmiş, yalnız Putinin Ermənistanda asayişi və sakitliyi qorumağa, vəziyyəti qanun çərçivəsində tənzimləməyə çağırdığı ilə bağlı sözləri öz əksini tapmışdı.

Xatırladaq ki, dünən Ermənistanda baş vermiş dövlət çevrilişinə cəhddən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə zəng vurub.

 

Xəbər lenti
0