Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvadan Paşinyana sərt xəbərdarlıq

© Sputnik / Dmitriy Astahov / Mediabanka keçid Премьер-министр Армении Никол Пашинян, фото из архива
 Премьер-министр Армении Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan, 1920, 24.02.2021
Abunə olmaq
Təbii ki, bu həqiqətə uyğun deyil. Bizim "İskəndər"lərimiz yüksək dəqiqliyə malik silahlardır, onlar artıq bir sıra təlimlərdə görünüb.

BAKI, 24 fevral — Sputnik. Rusiya Dövlət Dumasının Müdafiə üzrə Komitəsinin sədr müavini Viktor Zavarzin Ermənistanın Baş naziri Nikol Paşinyanın "İskəndər" operativ-taktiki raket kompleksləri barədə fikirlərini tamamilə yalan adlandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Zavarzin "Qovorit Moskva" radiostansiyasının efirində bildirib.

"İnsan günahsız olduğunu göstərmək istəyəndə "İskəndər"lərə də söz atar, erməni xalqını da günahlandırar, hərbçiləri də günahlandırar. Təbii ki, bu həqiqətə uyğun deyil. Bizim "İskəndər"lərimiz yüksək dəqiqliyə malik silahlardır, onlar artıq bir sıra təlimlərdə görünüb", - deyə Zaverzin qeyd edib.

O, Suriyada bu raketlərdən uğurla istifadə olunduğunu sözlərinə əlavə edib.

Xatırladaq ki, daha əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan "1in.am" nəşrinə müsahibəsində Qarabağ müharibəsi zamanı "İskəndər" operativ-taktiki kompleksinin partlamayan raketlərindən danışıb.

Bununla da Paşinyan Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın Ermənistan hərbçilərinin müharibənin lap əvvəlində "İskəndər"ləri tətbiq etmək barədə fikirlərinə münasibət bildirib.

"Qoy özünə sual versin ki, niyə "İskəndər"in raketi partlamayıb? Və ya məsələn, niyə 10%-i partlayıb?" - deyən Paşinyan detalları açıqlamayıb. 

Jurnalistin "Belə də olurmu?" dəqiqləşdirici sualını isə Paşinyan belə cavablandırıb: "Bilmirəm. Ola bilər, silah 80-cı illərindir".

Bu arada, Ermənistan Müdafiə Nazirliyi Nikol Paşinyanın "İskəndər" kompleksləri barədə fikirlərinə münasibət bildirməkdən imtina edib.

""İskəndər" Suriyadakı terrorizmlə müharibə dövründə öz yüksək xüsusiyyətlərini təsdiqləyib, Ermənistan Baş naziri Nikol Paşinyanın guya raketlərin partlamadığına dair iddiaları isə onun bu sahədəki səriştəsizliyinə dəlalət edir".

Bu sözləri Rusiya Dövlət Dumasının deputatı, Rusiya Federasiyası və Suriya Parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Sablin RİA Novosti-yə açıqlamasında bildirib.

"Paşinyan öz məğlubiyyətini ört-basdır etmək üçün bəhanə axtarır. Halbuki müharibə və sülh məsələlərindən daha yaxşı baş çıxaran insanlar bilirlər ki, "İskəndər" XXI əsrin ən yaxşı universal əməliyyat-taktiki raket sistemidir", - deyə Sablin vurğulayıb.

"Soros Paşinyanı pis vəziyyətdə qoydu. Ancaq məsələ yalnız onun bacarıqsızlığında deyil. Bu bir daha göstərdi ki, küçələrin gurultulu şüarlarla yad ssenari əsasında hakimiyyətə gətirdiyi insan öz ölkəsini necə məhv edə bilər. Buna yalnız ermənilər deyil, başqaları da əmin ola bilərlər", - deyə deputat əlavə edib.

Xəbər lenti
0