Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya NATO-nun bütün üzvləri üçün təhlükədir – Pentaqon

© AP Photo / Charles DharapakЗдание Пентагона в Вашингтоне
Здание Пентагона в Вашингтоне - Sputnik Azərbaycan, 1920, 17.02.2021
Abunə olmaq
Biz Rusiyanın öz avtoritar yanaşması ilə təhlükəsizliyi və sabitliyi pozmaq cəhdlərini görürük. Biz bunu onun Çinlə əməkdaşlığında da görürük.

BAKI, 17 fevral — Sputnik. Rusiya NATO-nun bütün üzvləri üçün təhlükədir. Sputnik Azərbaycan xəbər verir ki, bunu keçirilən brifinqdə Pentaqonun rəsmi nümayəndəsi bildirib.

"Rusiya öz hədəflərinə çatmaq üçün hərbi gücü istifadə edir. Rusiya Birləşmiş Ştatlar da daxil olmaqla NATO-nun bütün tərəfdaşlarına aşkar təhlükədir", - deyə Pentaqondan bildirilib.

Qeyd olunur ki, Birləşmiş Ştatlar öz maraqlarını irəlilətmək və Moskvanı öz ağılsız və aqressiv hərəkətlərinə cavab verməyə məcbur etmək niyyətindədir.

"Biz Rusiyanın öz avtoritar yanaşması ilə təhlükəsizliyi və sabitliyi pozmaq cəhdlərini görürük. Biz bunu onun Çinlə əməkdaşlığında da görürük", - deyə Pentaqon rəsmisi bildirib.

Xəbər lenti
0