QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şuşaya gedən maşınlarımızı rus sülhməramlıları müşayiət ediblər - FOTO

© Photo : © Photo : Russia Defense MinistryВоеннослужащие российского миротворческого контингента в Карабахе
Военнослужащие российского миротворческого контингента в Карабахе - Sputnik Azərbaycan, 1920, 12.02.2021
Abunə olmaq
Altmışdan çox yük avtomobili Rusiya hərbçilərinin müşayiəti ilə Şuşaya infrastrukturun bərpası üçün tikinti materialları çatdırıb

BAKI, 12 fevral — Sputnik. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanatın reallaşması çərçivəsində Rusiya sülhməramlıları Azərbaycan və Ermənistan Respublikalarının dövlət orqanlarına zərərçəkən rayonlarda mülki infrastrukturların bərpası və əhalinin normal həyat fəaliyyətinin bərpasına yardım etməyə davam edirlər. Bu barədə Sputnik Azərbaycan Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.

"Azərbaycan tərəfinin xahişi ilə Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisindən Azərbaycan Respublikasına məxsus iki kolonna avtomobil texnikasının keçidini təmin edib. Altmışdan çox yük avtomobili Rusiya hərbçilərinin müşayiəti ilə Şuşaya infrastrukturun bərpası üçün tikinti materialları çatdırıb", - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

© © Photo : Russia Defense MinistryŞuşaya gedən maşınlarımızı rus sülhməramlıları müşayiət ediblər
Şuşaya gedən maşınlarımızı rus sülhməramlıları müşayiət ediblər - FOTO - Sputnik Azərbaycan, 1920, 12.02.2021
Şuşaya gedən maşınlarımızı rus sülhməramlıları müşayiət ediblər

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

© © Photo : Russia Defense MinistryŞuşaya gedən maşınlarımızı rus sülhməramlıları müşayiət ediblər
Şuşaya gedən maşınlarımızı rus sülhməramlıları müşayiət ediblər - FOTO - Sputnik Azərbaycan, 1920, 12.02.2021
Şuşaya gedən maşınlarımızı rus sülhməramlıları müşayiət ediblər

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0