Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya səfirliyi ABŞ-ı Qara dənizdə "silah cingiltisinə" son qoymağa çağırdı

© Photo : U.S. Navy/Petty Officer 2nd Class Austin IngramЭсминец ВМС США Портер во время дозаправки в Черном море
Эсминец ВМС США Портер во время дозаправки в Черном море - Sputnik Azərbaycan, 1920, 11.02.2021
Abunə olmaq
"Amerika hərbçilərini düşünülməmiş "silah zərbələri"ni dayandırmağa və ABŞ-ı ərazi sularında öz işləri ilə məşğul olmağa çağırırıq. Qara dənizdə sülhün və təhlükəsizliyin təminatı üçün başqalarının müdaxiləsinə ehtiyac yoxdur".

BAKI, 11 fevral — Sputnik. Rusiyanın ABŞ-dakı səfirliyi amerikalı tərəfdaşlarını Qara dənizdəki "silah cingiltisi"nə son qoymağa və bu su hövzəsində mövcudluğuna bəhanə axtarmamağa çağırıb.

Bir qədər bundan əvvəl ABŞ Hərbi Dəniz Qüvvələri Qara dənizdə iki ədəd eskadra mina gəmisi və iki ədəd P-8A kəşfiyyat təyyarəsinin iştirakı ilə təlim keçirib. Tədbir Türkiyə Hərbi Dəniz Qüvvələri ilə ortaq şəkildə baş tutub.

"Amerika hərbçilərini düşünülməmiş "silah zərbələri"ni dayandırmağa və ABŞ-ın ərazi sularında öz işləri ilə məşğul olmağa çağırırıq. Qara dənizdə sülhün və təhlükəsizliyin təminatı üçün başqalarının müdaxiləsinə ehtiyac yoxdur", – deyə diplomatik missiyanın bəyanatında bildirilir.

Səfirlikdən o da qeyd olunub ki, ABŞ Qara dənizdə düşmən axtarışındadır və "hərbi təlimlər bayrağı altında" bu su hövzəsində möhkəmlənməyə çalışır".

Qeyd edək ki, yanvarın 23-də Amerikanın "Donald Kuk" eskadra mina gəmisi Qara dəniz hövzəsinə daxil olub və daha sonra "Porter" gəmisi də ona qoşulub. Amerika gəmiləri su hövzəsini bu günlərdə tərk edib.

 

Xəbər lenti
0