BAKI, 10 fevral — Sputnik. Qərb Rusiyanı öz maraqlarını irəlilətmək üçün rahat meydança kimi istifadə etmək istəyir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.
"Rusiyanın müstəqil olmaq, müstəqil xarici siyasət hüququnu müdafiə etmək, beynəlxalq hüququ müdafiə etmək cəhdləri, bizi itaətkar etmək istəyən Qərb həmkarlarımızın getdikcə daha sərt müqaviməti ilə üzləşir", - deyə nazir qeyd edib.
Lavrov qeyd edib ki, Qərb Rusiyanı özünün iddia etdiyi "ümumbəşəri dəyərlərin interpretasiyası" ilə razılaşmağa məcbur etmək istəyir. Diplomatın sözlərinə görə, onlar Rusiya mədəniyyətinə ziddir, qərb ölkələri isə ictimai-siyasi, təhlükəsizlik və iqtisadi sahələrdə Moskvanı sadəcə öz maraqları çərçivəsində istifadə etmək istəyir.