BAKI, 9 fevral - Sputnik. Azərbaycanla Ermənistan arasında hərbi əsirlərin növbəti mübadiləsi həyata keçirilib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov bildirib. O, qeyd edib ki, mübadilə nəticəsində Bakıya bir, Yerevana isə beş əsir çatdırılıb.
"Bu gün əsirlərin növbəti mübadiləsi həyata keçirilib. Mənim şəxsi nəzarətim altında sülhməramlılar tərəfindən aparılan iş nəticəsində Rusiyanın Kosmik Hava Qüvvələrinin təyyarəsi ilə Bakıya bir və Yerevana isə beş əsir qaytarılıb", - deyə Muradov jurnalistlərə bildirib.
Komandan Rusiya sülhməramlılarının Qarabağ üzrə üçtərəfli razılaşmanın həyata keçirilməsinə töhfə verməyə davam edəcəklərini xatırladıb.