BAKI, 9 fevral — Sputnik. Ermənistanın baş prokuroru Artur Davtyan qanunsuz şəkildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər edib. Sputnik Ermənistan xəbər verir ki, Ermənistanın baş prokuroru Qarabağda erməni separatçılarının lideri ilə görüşüb.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi yanvarın 14-də bəyanat yayaraq Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməz olduğunu bildirib.
"Rəsmi Bakının icazəsi olmadan Ermənistan xarici işlər naziri bir daha Azərbaycan ərazilərinə səfər edəcəyi təqdirdə, bu Ermənistan tərəfinə baha başa gələ bilər.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı Ermənistan xarici işlər nazirinin əsassız iddiasına gəldikdə isə Prezident İlham Əliyevin status məsələsini tarixin zibilliyinə göndərdiyini Ermənistan rəsmilərinə xatırlatmaq istərdik", - bəyanatda deyilir.