QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şəhidlərin ruhuna ehtiramın Tovuz nümunəsi - Maraqlı təşəbbüs

© Sputnik / Ilham MustafayevTovuzda şəhidlərin lövhəsi
Tovuzda şəhidlərin lövhəsi - Sputnik Azərbaycan, 1920, 07.02.2021
Abunə olmaq
"Ailələr var gəlib övladının şəklini burda görəndən sonra nömrəmizi tapıb zəng edərək övladlarının sanki yenidən doğulduğunu deyirlər".

İlham Mustafayev, Sputnik Azərbaycan 

BAKI, 7 fevral — Sputnik. Tovuzda maraqlı bir ənənə formalaşıb. Belə ki, bir qrup gənc tərəfindən şəhərin küçələrində vətən torpaqlarının müdafiəsi uğrunda canını fəda edən şəhidlərin xatirəsinə bulaq tikilir və lövhələri yerləşdirilir. Bu ideyanın müəllifləri təkcə hərbi şəhidləri deyil, mülki şəhidləri də yaddan çıxarmayıblar. Hazırda iki yerdə yerləşdirilən bu lövhələrin birində Tovuz rayonundan I Qarabağ müharibəsi zamanı şəhid olan 300-dən yuxarı, digərində isə II Qarabağ müharibəsində şəhid olan 60-dan artıq şəhidə aid fotolar və məlumatlar yerləşdirilib. Mülki şəhidlərin, hətta qətlə yetirilən körpə uşaqların fotolarının olduğu bu guşələri gecə saatlarında da işıqlandırılma qurulduğundan rahatlıqla görmək olur. Lövhənin yaradılmasının təşəbbüskarlarından olan Elmar Musayev bu kompozisiyaların əsasən şəhid adını daşıyan küçələrdə qurmağa çalışdıqlarını bildirib:

© Sputnik / Ilham MustafayevTovuzda şəhidlər üçün lövhənin yaradılmasının təşəbbüskarı Elmar Musayev
Şəhidlərin ruhuna ehtiramın Tovuz nümunəsi - Maraqlı təşəbbüs - Sputnik Azərbaycan, 1920, 07.02.2021
Tovuzda şəhidlər üçün lövhənin yaradılmasının təşəbbüskarı Elmar Musayev

“Məqsəd şəhidlərimizin hər birini tanıtmaq gənc nəslə onlar haqqında bilgi verməkdir. Birinci Qarabağ müharibəsi şəhidləri demək olar unudulmaq üzrə idi. Onları yalnız ailə üzvlri, yaxın qohumları, döyüş yoldaşları yad edirdi. Ona görə lövhələrin birini ancaq I Qarabağ müharibəsi şəhidlərinə həsr etdik. Ailələr var gəlib övladının şəklini burda görəndən sonra nömrəmizi tapıb zəng edirlər. Onların arasında övladlarının sanki yenidən doğulduğunu deyib təşəkkür edənlər var”.

© Sputnik / Ilham MustafayevTovuzda şəhidlərin lövhəsi
Tovuzda şəhidlərin lövhəsi - Sputnik Azərbaycan
1/5
Tovuzda şəhidlərin lövhəsi
© Sputnik / Ilham MustafayevTovuzda şəhidlərin lövhəsi
Tovuzda şəhidlərin lövhəsi - Sputnik Azərbaycan
2/5
Tovuzda şəhidlərin lövhəsi
© Sputnik / Ilham MustafayevTovuzda şəhidlərin lövhəsi
Tovuzda şəhidlərin lövhəsi - Sputnik Azərbaycan
3/5
Tovuzda şəhidlərin lövhəsi
© Sputnik / Ilham MustafayevTovuzda şəhidlərin lövhəsi
Tovuzda şəhidlərin lövhəsi - Sputnik Azərbaycan
4/5
Tovuzda şəhidlərin lövhəsi
© Sputnik / Ilham MustafayevTovuzda şəhidlərin lövhəsi
Tovuzda şəhidlərin lövhəsi - Sputnik Azərbaycan
5/5
Tovuzda şəhidlərin lövhəsi
1/5
Tovuzda şəhidlərin lövhəsi
2/5
Tovuzda şəhidlərin lövhəsi
3/5
Tovuzda şəhidlərin lövhəsi
4/5
Tovuzda şəhidlərin lövhəsi
5/5
Tovuzda şəhidlərin lövhəsi

Bu işləri iyul ayının 12-də Tovuz döyüşləri zamanı yaratdığı “Tovuz Turan Birliyi” təşkilatının adından edildiyini deyən E.Musayev fotoların, məlumatların toplanmasında, eləcə də digər işlərin görülməsində rayon sakinlərinin hər cür dəstək göstərdiklərini bildirib. O ilk işi şəhid olan qardaşı İsə Musayevin adını daşıyan küçədən başladıqlarını söyləyib:

© Sputnik / Ilham MustafayevTovuzda şəhid Əliyev Raminin məzarı
Şəhidlərin ruhuna ehtiramın Tovuz nümunəsi - Maraqlı təşəbbüs - Sputnik Azərbaycan, 1920, 07.02.2021
Tovuzda şəhid Əliyev Raminin məzarı

“Bütün rayon camaatı bu işdə yaxından köməklik göstərdi. Fotoların, məlumatların yığılmasında hər kəs canla-başla yardım etdi. Fiziki mənəvi dəstək göstərdilər. Bu işdə köməklik edən hər kəsin arzusu o olub ki, şəhidləri yaşadaq, onlar unudulmasın. Vətən uğrunda canından keçən insanlar yaddan çıxmasınlar” - deyə E.Musayev bildirib.

Tovuz sakinləridə öz növbəsində şəhidlər kompleksi adlandırdıqları bu məkanı göz bəbəyi kimi qoruyur, abad, təmiz və hər kəs üçün əziz bir yer kimi saxlayırlar.

Xəbər lenti
0