Dağlıq Qarabağdakı münaqişə zonasında atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Azərbaycan Respublikasının ərazisində Rusiya Federasiyası ilə Türkiyə Respublikası arasında 2020-ci il noyabrın 20-də imzalanmış Memoranduma uyğun olaraq yaradılıb.
Bu il yanvarın 30-da Mərkəz Azərbaycanın Ağdam rayonunda fəaliyyətə başlayıb. Birgə mərkəz bütün lazımi texnika ilə təchiz olunub. Burada hərbçilərin yaşayışı və asudə vaxtı üçün gərəkli infrastruktur yaradılıb – idman zalları, istirahət otağı, camaşırxanalar, bərbərxanalar, voleybol və basketbol meydançaları. Eləcə də məscid və kilsə də fəaliyyət göstərir.
Müştərək mərkəzin işi barədə ətraflı videomuzda izləyin.