QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağda vəziyyətə hansı pilotsuz uçuş aparatları nəzarət edir - rus polkovnik açıqladı

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidМногофункциональный беспилотный комплекс "Орлан-10"
Многофункциональный беспилотный комплекс Орлан-10  - Sputnik Azərbaycan, 1920, 05.02.2021
Abunə olmaq
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi atəşkəs rejiminin və baş verə biləcək münaqişələrin sonlandırılmasına nəzarət edir, sabitliyin pozulması hallarını qeydə alır, bununla bağlı məlumatların toplanmasını, birləşdirilməsini və təsdiqlənməsini təmin edir.

BAKI, 5 fevral — Sputnik. Rusiya hərbçiləri "Forpost" və "Orlan-10" pilotsuz uçuş aparatlarından istifadə edərək Qarabağda atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Bunu Sputnik Azərbaycan-ın Ağdama ezam olunmuş müxbirinə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət aparan Rusiya hərbçilərinin nümayəndəsi polkovnik Mixail Zavalkin bildirib. 

O qeyd edib ki, Ağdam rayonunda yerləşən Rusiya – Türkiyə Birgə Monitorinq Mərkəzində Rusiya və Türkiyədən olan hərbçilər Dağlıq Qarabağda bütün hərbi əməliyyatlara və atəşkəsə nəzarəti həyata keçirir.

Zavalkinin sözlərinə görə, şəxsi heyət 11 noyabr 2020-ci ildə imzalanan memoranduma uyğun olaraq funksional vəzifələrini təyinatı üzrə yerinə yetirirlər:

"Nəzarət 24 saat pilotsuz aviasiya vasitəsilə həyata keçirilir. Rusiya tərəfindən nəzarət "Forpost" və "Orlan-10" pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilir. Rusiya tərəfdən Mərkəzdə xidmət aparan şəxsi heyətin tərkibində zabit-operatorlar, əlaqə üzrə operator, tərcüməçilər, həmçinin pilotsuz aviasiya operatorları var. Heyət, həmçinin bütün lazımı əmlak, maddi və texniki vasitələr, həmçinin hərbi texnika ilə təchiz olunub".

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Türkiyədən olan nümayəndəsi, polkovnik Ali Karakaş isə əməkdaşımıza bildirib ki, Quruluş və vəzifələri Türkiyə Cümhuriyyəti və Rusiya Federasiyası tərəfindən 30 noyabr tarixində imzalanmış razılaşma ilə müəyyənləşdirilmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin funksiyası – Dağlıq Qarabağ bölgəsində bütün baş verə biləcək hərbi münaqişələrə son qoymaq və atəşkəsə nəzarət etməkdir:

"Bu vəzifəni gerçəkləşdirmək üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi atəşkəs rejiminin və baş verə biləcək münaqişələrin sonlandırılmasına nəzarət edir, sabitliyin pozulması hallarını qeydə alır, bununla bağlı məlumatların toplanmasını, birləşdirilməsini və təsdiqlənməsini təmin edir. PUA-larla müşahidə aparmaqla və digər mənbələrdən alınan məlumatları qiymətləndirməklə atəşkəsin pozulması hallarını qeydə alır, şikayətləri, sualları araşdırır, atəşkəsin pozulması hallarının qarşını almağa yönəlmiş bütün tədbirləri görür".

Xatırladaq ki, yanvarın 30-da Ağdam rayonu ərazisində inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimi baş tutub. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiya Federasiyası Müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin və Türkiyə Respublikası Milli Müdafiə nazirinin müavini cənab Yunus Emre Karaosmanoğlu iştirak edib.

Xəbər lenti
0