Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dünyanın iki nəhəngi arasında bağlanan müqavilə qüvvəyə mindi

© AP Photo / Ivan Sekretarev, fileФлаги США и России, фото из архива
Флаги США и России, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.02.2021
Abunə olmaq
Cozef Bayden və Vladimir Putin strateji hücum silahlarının ixtisarı və məhdudlaşdırılmasından məmnundurlar.

BAKI, 3 fevral - Sputnik. ABŞ ilə Rusiya (SSRİ-nin varisi kimi) arasında strateji hücum silahlarının ixtisarını və məhdudlaşdırılmasını nəzərdə tutan START I (Strategic Arms Reduction Treaty; 31 iyul 1991-ci il tarixində imzalanıb) müqaviləsinin uzadılmasına dair saziş tərəflər arasında nota mübadiləsindən sonra bu gün qüvvəyə minib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

START I müqaviləsinin müddəti ilkin formada qalmaq şərtilə 2026-cı ilin 5 fevral tarixinədək uzadılır.

Xatırladaq ki, yanvarın 26-da tərəflər müqavilənin müddətini uzatmaqla bağlı diplomatik nota mübadiləsi aparıblar. Həmin gün prezidentlər Cozef Bayden ilə Vladimir Putin telefon söhbəti zamanı bundan məmnun olduqlarını ifadə ediblər.

 

Xəbər lenti
0