BAKI, 2 fevral — Sputnik. Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə sayəsində dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması üzrə tədbirlər davam etdirilir.
© State Border Service of Azerbaijan RepublicQubadlı rayonunun Məlikəhmədli kəndi yaxınlığında zərərsizləşdirilən minalar
![Qubadlının bir kəndində 120 ədəd piyada əleyhinə mina zərərsizləşdirildi Qubadlının bir kəndində 120 ədəd piyada əleyhinə mina zərərsizləşdirildi - Sputnik Azərbaycan, 1920, 02.02.2021](https://cdnn1.img.sputnik.az/img/07e5/02/02/426117744_0:0:800:1042_1920x0_80_0_0_e8de4bd303a0cb03354734c7bc33c662.jpg)
Qubadlı rayonunun Məlikəhmədli kəndi yaxınlığında zərərsizləşdirilən minalar
© State Border Service of Azerbaijan Republic
Dövlət Sərhəd Xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhəd xətti boyu minaladığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfindən hazırda minalardan təmizlənilir.
31 yanvar tarixində Qubadlı rayonunun Məlikəhmədli kəndi yaxınlığında 120 ədəd piyada əleyhinə mina sərhədçi istehkamçılar tərəfindən zərərsizləşdirilib.