BAKI, 2 fevral — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski HBO-ya müsahibəsində rusiyalı həmkarı Vladimir Putinlə münasibətləri düzəltməyin yolları barədə danışmaqdan imtina edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Ukrayna Prezidentinin rəsmi saytında yerləşdirilib.
Jurnalistlər Zelenskidən Ukraynada sülhə nail olmaq üçün nəyin lazım olduğunu, "Putini necə anlamaq və onunla necə işləmək" barədə soruşublar.
"Mən qorxuram ki, bu barədə izləyicilərə danışa bilməyim, əks halda, bu işləməz. Çünki hamı sizin proqramınıza baxacaq, hətta o da baxacaq. Mən buna əminəm", - deyə Zelenski qeyd edib.
Bu arada Zelenski qeyd edib ki, Kiyev NATO-ya qoşulduğu təqdirdə Rusiyaya "müqavimət göstərə" biləcəyinə inanır.