BAKI, 31 yanvar - Sputnik. CNN telekanalı "Korrupsiya ilə Mübarizə Fondunun" (KMF) ABŞ Prezidenti Co Baydeni 35 nəfərə, o cümlədən "Rusiya Prezidenti Vladimir Putinə yaxın səkkiz yüksək vəzifəli şəxsə": biznesmen Roman Abramoviçə, Səhiyyə naziri Mixail Muraşkoya və digərlərinə qarşı sanksiya tətbiq etməyə səsləyib.
Sputnik Azərbaycan-ın məlumatına görə telekanal fondun məktubunun surətinə və və onun icraçı direktoruna istinad edib.
"Məktub ən qüdrətli dövlətin - Amerika Birləşmiş Ştatlarının prezidentinə ünvanlanıb. ABŞ korrupsiyaya bulaşmış insanlara qarşı çoxdan sanksiyalar tətbiq edir. Əgər kimsə nəsə edə bilərsə, bu elə ABŞ-dır", - fondun icraçı direktoru Vladimir Aşurkov CNN-ə deyib.
O əlavə edib ki, Navalnının komandası eyni siyahını Avropa Şurası ilə Böyük Britaniya hökumətinə göndərmək fikrindədir.
Baydenə cümə günü göndərilən məktubda 35 nəfərin adı var, qeyd olunur ki, onlardan yeddi nəfəri artıq ABŞ-ın sanksiya siyahısında yer alır.
Roman Abramoviçin nümayəndəsi CNN-ə adıçəkilən siyahı ilə bağlı fikir bildirərkən bu cür ittihamlar üçün heç bir əsasın olmadığını deyib. Rusiyanın Səhiyyə nazirinin siyahıya niyə salınmasına gəlincə, Aşurkov deyib ki, Muraşko "Aleksey Navalnının zəhərlənmə faktını gizlədib və onun müalicə üçün Almaniyaya aparılmasına əngəl törədib".
Aşurkov bildirib ki, təşkilat ABŞ-dan Navalnının azadlığa buraxılması üçün Rusiya prezidentinə təzyiq göstərməsini istəyir. İcraçı direktor qeyd edib ki, 35 nəfərdən ibarət siyahını Navalnı hələ Almaniyada olarkən birlikdə tərtib ediblər. Siyahıdakılar 3 qrupa bölünüblər: "oliqarxlar", "insan hüquqlarını tapdalayanlar" və "Navalnı ilə təşkilatının təqib olunmasına birbaşa aidiyyatı olanlar".
"Biz bu siyahını həmin şəxslərə qarşı tam dosye əldə edənə qədər açıqlamaq istəmirdik, amma Navalnının həbsindəın sonra anladıq ki, hərəkətə keçməliyik", - Aşurkov telekanala deyib.
ABŞ mətbuatı KMF-in Baydenə göndərdiyi siyahını dərc edib, burada Bortnikov, Peskov, Sobyanin, Kostin, Miller, Simonyan və digərlərinin adı var.
Qeyd edək ki, "Korrupsiya ilə Mübarizə Fondu"nun özünü Rusiya Ədliyyə Nazirliyi xarici agent funksiyası yerinə yetirən QHT reyestrinə daxil edib.
Yanvarın 23-də Rusiyanın müxtəlif şəhərlərində razılaşdırılmamış etiraz aksiyaları keçirilib. İnsanları mitinqlərə Navalnının tərəfdarları səsləyiblər. Saxlanılanlara hökumət nümayəndələrinə qarşı zorakılıq, yolların bağlanması, xuliqanlıq və sanitariya qaydalarının pozulmasına görə bir neçə cinayət işi açılıb.
Aleksey Navalnı isə yanvarın 17-də Şeremetyevo aeroportunda həbs olunub. Həmin gün o, uzun müddət Almaniyada zəhərlənmədən müalicə aldıqdan sonra vətəninə qayıtmışdı.
Bu gün üçün Rusiyanın müxtəlif şəhərlərində, o cümlədən paytaxtda yeni razılaşdırılmamış etiraz aksiyalarının keçirilməsi planlaşdırılıb.