QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Evi də, yolu da eyni daşdan idi" - Qalalılar necə Şuşa istəyirlər?

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidРазрушенные дома неподалеку от города Шуша, фото из архива
Разрушенные дома неподалеку от города Шуша, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Dünyada Şuşa kimi şəhər azdır. Buradakı evlər və yollar eyni daşlardan tikilib. Şəhərin özünəməxsus iqlimi və təbiəti var. Onun bərpası zamanı bu amillər nəzərə alınmalıdır" - Şuşanın keçmiş sakini

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 30 yanvar — Sputnik. Prezident İlham Əliyevin yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbulu önəmli açıqlamalarla yadda qalıb. Prezident bildirib ki, Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur və ermənilərin saxtakarlıq cəhdlərinə baxmayaraq, bütün dünya Şuşanı məhz Azərbaycan şəhəri kimi tanıyıb və qəbul edib.

İlham Əliyev Şuşada - Sputnik Azərbaycan
QARABAĞ
Şuşa niyə erməni şəhəri ola bilmədi - Paşinyanı töhmət altında qoyan həqiqətlər

O, Şuşanın Azərbaycan tarixində xüsusi yeri olduğunu deyib: “Şuşanın bərpası üçün bütün işlər planlı şəkildə aparılmalı, şəhərin tarixi siması saxlanılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz”.

Sputnik Azərbaycan Şuşada aparılacaq quruculuq işləri ilə bağlı şəhərin keçmiş sakinlərinin də fikirlərini öyrənib.

Yazıçı, jurnalist Kərim Kərimli deyir ki, yenidənqurmadan öncə əsas məsələ şəhərin müdafiəsinin və orada yaşayacaq əhalinin təhlükəsizliyinin təmin edilməsidir: “Prezident İlham Əliyev də çıxışında buna diqqət çəkdi. Bütün şuşalıların və Azərbaycan xalqının arzusu budur ki, şəhər yenidən qurularkən onun özünəməxsus tarixi siması qorunub saxlansın. İşğalçı ölkə 28 ildən çox müddət ərzində şəhərin simasının dəyişməyə, erməniləşdirməyə çalışıb. Bunu bizim tarixi abidələrimizə vurulmuş ziyanda, həmçinin onların üzərində edilən dəyişikliklərdə görmək olar”.

Kərim Kərimli quruculuq işləri haqqında danışarkən bildirib ki, ilk növbədə şəhərin mərkəzi hissəsində müəyyən qədər salamat qalmış tarixi abidələri bərpa etmək və onların tarixi simasını özünə qaytarmaq lazımdır:

“Şuşanın şəhər mərkəzinin ətrafında da çox sayda önəmli tikililər və abidələr mövcud olub. Xüsusən də görkəmli şəxslərə məxsus evlər, mədəniyyət abidələri, Azərbaycan tarixində baş vermiş önəmli proseslərin izlərini daşıyan abidələr ardıcıllıqla bərpa olunmalıdır”.

Şuşa azad edildikdən sonra oraya baş çəkən Şuşa rayon mədəniyyət şöbəsinin müdiri Zahid Abbasov deyir ki, uzun illər düşmən tapdağı altında olan qədim şəhərdə Azərbaycana məxsus tarixi muzeylər, abidələr, eləcə də mədəniyyət mərkəzləri tamamilə dağıdılıb:

Нагорный Карабах, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Turizm sənayesi bərpa dövrünə hazırlaşır - hamının gözü Qarabağa zillənib
 “Mən Şuşaya səfər edərkən erməni vandalizminin bir daha şahidi oldum. Üzeyir Hacıbəyovun ev muzeyi, həmçinin Xan qızı Xurşudbanu Natəvanın Şuşada saldığı bağda yerləşən dahi bəstəkarın heykəlindən əsər-əlamət qalmayıb. Otuz ilə yaxın davam edən işğal müddətində məhv edilməyən tarixi abidə yoxdur”.

“Ancaq onu deməliyəm ki, dünyada Şuşa kimi şəhər azdır. Buradakı evlər və yollar eyni daşlardan tikilib. Şəhərin özünəməxsus iqlimi və təbiəti var. Onun bərpası zamanı bu amillər nəzərə alınmalıdır”, - deyə Z.Abbasov bildirib.

Qeyd edək ki, hələ ötən ilin dekabrından Prezident İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanılıb.

Xəbər lenti
0