BAKI, 30 yanvar — Sputnik. Rusiya hərbçiləri müvafiq texnika ilə Dağlıq Qarabağda bütün hərbi əməliyyatlara və atəşkəsı nəzarət üzrə Rusiya – Türkiyə Birgə Monitorinq Mərkəzinin yerləşəcəyi Qiyaməddinli (Ağcabədi rayonu- red.) yaşayış məntəqəsinə doğru marşa başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Rusiyanın Müdafiə Nazirliyinin saytında yerləşdirilib.
Məlumata əsasən Rusiya sülhməramlılarının dislokasiya olduğu Xankəndi şəhərində rus hərbçilər Birgə Mərkəzin strukturunu, vəzifələrini, məqsəd və funksiyalarını, mərkəzin işinin təşkilini, həmçinin ərazilərində tapşırıqları yerinə yetirməli olduqları ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrəniblər.
Qeyd olunur ki, Rusiya və Türkiyənin bərabər əsasda təmsil olunduğu Birgə Monitorinq Mərkəzinin heyəti vəziyyətin monitorinqi, həmçinin atəşkəsə PUA vasitəsilə nəzarəti yerinə yetirəcək.
Xatırladaq ki, Rusiya – Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdam şəhərində yerləşəcək.