BAKI, 30 yanvar — Sputnik. Birləşmiş Ştatlar Dağlıq Qarabağ, Ukrayna, Liviya və Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində Rusiya ilə qarşılıqlı əlaqədədir və dialoqu davam etdirmək istəyir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Birləşmiş Ştatların Rusiyadakı səfiri Con Sallivan bildirib.
O qeyd edib ki, bu yaxınlarda Fransadan olan həmkarı ilə Rusiya Xarici İşlər Nazirliyinin brifinqində olub.
"Birləşmiş Ştatlar, Fransa və Rusiya Minsk qrupunun həmsədrləridir. Brifinqdə bizi Dağlıq Qarabağda hadisələr, Azərbaycan və Ermənistan arasında münaqişənin bitməsi haqqında məlumatlandırdılar. Bu, ABŞ-ın Rusiya hökuməti ilə və indiki vəziyyətdə həm də Fransa hökuməti ilə Minsk Qrupunun həmsədrləri olaraq qarşılıqlı əlaqə qurduğu ərazinin başqa bir nümunəsidir və bu məsələlərdə əlaqəmizi davam etdirmək istəyirik", - deyə Sallivan "Dojd" kanalına müsahibəsində deyib.