BAKI, 30 yanvar — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan Şuşa ilə bağlı bu yaxınlarda dediyi sözlərə aydınlıq gətirməyə məcbur olub. Sputnik Ermənistan xəbər verir ki, Paşinyan "Facebook"da canlı yayım vasitəsilə fikirlərini dilə gətirib.
Paşinyan qeyd edib ki, hərbi əməliyyatların dayandırılması ilə bağlı danışıqlar zamanı Azərbaycan digər şərtlərlə yanaşı, azərbaycanlıların Şuşaya qayıtması şərtini də irəli sürdü.
"Söhbət 1992-ci ilə qədər olan demoqrafik status-kvonun bərpasından gedirdi", - deyə Paşinyan bildirib.
O qeyd edib ki, bu şərt Ermənistanın hərbi əməliyyatları dayandırmaq barədə qərarından sonra irəli sürüldü. Bu isə o anlama gəlirdi ki, Şuşa sakinlərinin 90%-dən çoxu (96%) azərbaycanlı olmalı idi.
Bu təklif ictimaiyyət arasında yayıldıqdan sonra ermənilər Paşinyanı Şuşanı erməni nəzarətində saxlamaq imkanından istifadə etməməkdə ittiham edib.