QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan və erməni rəsmilərinin Moskva görüşünün detalları: "Necə olar, olar"

© Photo : Denis BalibouseОхранник проходит мимо азербайджанского (слева) и армянского флага на открытии переговоров в Женеве, Швейцария
Охранник проходит мимо азербайджанского (слева) и армянского флага на открытии переговоров в Женеве, Швейцария - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk yanvarın 30-da Moskvada keçiriləcək üçtərəfli görüşün bəzi detallarını açıqlayıb.

BAKI, 28 yanvar — Sputnik. Dağlıq Qarabağ üzrə üçtərəfli işçi qrup yanvarın 30-da regionda nəqliyyat infrastrukturu layihələrinin bərpası məsələlərini müzakirə edəcək. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

"Mövzular Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın bəyanatında müəyyənləşdirilib. Öncə nəqliyyat infrastrukturunun inkişafı və bərpası problemini nəzərdən keçirəcəyik", - deyə Rusiya Baş nazirinin müavini bildirib.

Overçuk eyni zamanda Baş nazirlərin müavinləri səviyyəsində görüşün hansı aralıqla baş tutacağı və onların həmişə Moskvada keçiriləcəyi ilə bağlı suala cavab verməyə çətinlik çəkib: "Hələlik heç nə demək olmaz, biz ilk dəfə görüşürük. Necə olar, olar".

Qeyd edək ki, yanvarın 30-u Moskvada Rusiya, Ermənistan və Azərbaycanın Baş nazirlərinin müavinləri görüş keçirəcəklər.

Belə ki, Rusiya tərəfindən danışıqlarda Aleksey Overçuk, Ermənistan tərəfindən Mqer Qriqoryan, Azərbaycan tərəfindən isə Şahin Mustafayev iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Фонари на Охотном ряду и Спасская башня Московского Кремля с вечерней подсветкой, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Qarabağa dair üçtərəfli qrupun ilk iclasının tarixi müəyyənləşib

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0