QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağda yeni iqtisadi model tətbiq ediləcək - onu türkiyəli iş adamları quracaq

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidDağıdılmış Ağdam şəhərinə mənzərə
Dağıdılmış Ağdam şəhərinə mənzərə - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili Qarabağın necə bərpa ediləcəyindən danışıb, azad edilmiş ərazilərin yaxın illərdə Azərbaycanda iqtisadi inkişafın əsas drayverlərindən birinə çevriləcəyini söyləyib.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 yanvar — Sputnik. "Azad edilmiş torpaqlarda hər şey planlı şəkildə aparılmalıdır, düzgün aparılmalıdır. Azad edilmiş torpaqların idarə edilməsi ilə bağlı məndə fikirlər var. Bu fikirlər yaxın zamanlarda həyata keçiriləcək". Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə deyib.

Dövlət başçısı bildirib ki, o bölgələrdə mövcud olan vəziyyətə uyğun müasir idarəetmə sistemi qurulmalıdır ki, orada hər şey planlı şəkildə təmin edilsin - şəhərsalma, dövlət orqanlarının funksiyaları: "...Azad edilmiş torpaqlarda hər şey demək olar ki, dağıdılıb. Ona görə biz elə bir inkişaf modeli qurmalıyıq ki, ondan sonra biz onu bütün başqa torpaqlara da, necə deyərlər, transfer edə bilək, mövcud qüsurlar aradan qalxsın və ölkəmizin uğurlu inkişafı təmin edilsin".

Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, azad edilmiş torpaqlarımızda bərpa işlərinə başlanıb:

"Burada yeni iqtisadi modelin tətbiq edilməsi nəzərdə tutulur. Bununla bağlı dövlət başçısının Sumqayıt Kimya Sənaye Parkındakı çıxışında xüsusi qeydləri olub. Yeni iqtisadi model bir tərəfdən azad edilmiş torpaqlarda müasir standartlara uyğun infrastrukturun formalaşmasını özündə ehtiva edəcək. Artıq bu proses başlanıb".

Deputatın sözlərinə görə, həmin ərazilərdə formalaşacaq infrastruktur beynəlxalq standartlara uyğun olacaq: "Belə ki, Füzulidə beynəlxalq hava limanının formalaşmasına, Füzuli-Şuşa yolunun çəkilməsinə başlanması, beynəlxalq standartlara uyğun olaraq kommunal xidmətlərin verilməsi və digər infrasturkturun genişləndirilməsi ilə bağlı aparılan fəaliyyətlər ondan xəbər verir. Bu da müasir standartlara uyğun olaraq azad edilmiş ərazilərimizdə iqtisadiyyatın formalaşmasına imkan verəcək. Eyni zamanda, burada yeni modelin tətbiq edilməsi nəzərdə tutulur. Bu model özündə vergi güzəştlərini, təşviq mexanizmlərini, o cümlədən xarici investisiyaların cəlbi üçün xüsusi zonaların yaradılmasını da ehtiva edir".

Министр энергетики республики Парвиз Шахбазов - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Nazir: "Qarabağda yaşıl enerji zonaları yaradılacaq"

Deputat artıq hökumətdə azad edilmiş ərazilərin iqtisadi inkişafı ilə bağlı xüsusi konsepsiyanın hazırlandığını diqqətə çatdırıb:

"4 mühüm istiqaməti əhatə edəcək konsepsiya, eyni zamanda, bu ərazilərdə təşviqin tətbiq olunmasını nəzərdə tutur. Bu təşviqin həm sahibkarlar, həm də vətəndaşlar üçün nəzərdə tutulacağı gözlənilir. Xüsusən də bu gün passiv formada olan vəsaitlərin real olaraq işğaldan azad edilmiş ərazilərə cəlb edilməsi ilə bağlı fəaliyyətlərin genişləndirilməsi prioritetdir. Təşviq paketləri bu kontekstdən tətbiq olunacaq. Məqsəd burada formalaşacaq inkişaf modelinin Azərbaycanın digər ərazilərinə transfer olunmasıdır. Bu, eyni zamanda, müasir çağırışlara uyğun olaraq iqtisadi menecmentin formalaşması anlamına gəlir".

"Azad edilmiş ərazilərdə infrastruktur, iqtisadi menecment və biznes mühiti müasir çağırışlara və beynəlxalq standartlara uyğun olaraq formalaşacaq. Azad edilmiş ərazilərin yaxın illərdə Azərbaycanda iqtisadi inkişafın əsas drayverlərindən birinə çevriləcəyi gözlənilir", - deyə deputat əlavə edib.

Nazirlər Kabinetinin Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev "Anadolu" agentliyinə Qarabağın yenidən qurulması üçün müxtəlif ölkələrin bərpa təcrübəsini araşdırdıqlarını deyib:

"Bizim üçün ən uyğun təcrübənin Türkiyə modeli olacağını düşünürük. Bu qənaətə qonşu ölkənin son 20 ildə tikinti sektorunda əldə etdiyi nailiyyətləri nəzərə alaraq gəldik".

Onun sözlərinə görə, bu məsələ ilə bağlı Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi ilə görüş keçirilib.

O əlavə edib ki, Qarabağın bərpasında Türkiyə şirkətlərinə üstünlük veriləcək: "Türkiyəli iş adamları azərbaycanlı həmkarları ilə birlikdə Qarabağı yenidən quracaqlar. Hazırda Füzulidən Şuşaya yeni yolun inşasında iki ölkənin şirkətləri birlikdə çalışırlar. Bu, ilk addımdır".

Xəbər lenti
0