Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Navalnıya görə sanksiyalar gəlir: AB parlamenti qətnamə hazırlayıb

© REUTERS / Shamil ZhumatovАлексей Навальный, фото из архива
Алексей Навальный, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
""Şimal axını-2" layihəsi əlavə təzyiq göstərmək imkanlarından biridir. Rusiyaya qarşı sadə çağırışlar bəs eləmir" - Manfred Veber

BAKI, 20 yanvar - Sputnik. Rusiyalı bloger və müxalifətçi Aleksey Navalnının həbsinə görə Avropa Parlamenti Avropa Birliyindən "Şimal axını-2" boru kəmərinin tikintisinin dayandırılmasını və Rusiyaya qarşı sanksiyalar tətbiq olunmasını tələb etməyi planlaşdırır. Sputnik Azərbaycan bildirir ki, bu barədə Almaniyanın Spiegel nəşri qətnamə layihəsinə istinadən yazır.

Cümə axşamı nəzərdən keçirilməsi planlaşdırılan qətnaməni mühafizəkarlar, sosial-demokratlar, liberallar və yaşılların fraksiyaları dəstəkləməyi düşünürlər. Digər sanksiyalar "Aleksey Navalnının saxlanılaraq həbs olunması qərarına aidiyyəti olan fiziki və hüquqi şəxslərə", eləcə də müxalifətə hücumlara, "rusiyalı oliqarxlara", "prezident (Vladimir) Putinin yaxın çevrəsinə daxil olanlara", eləcə də "mediapropaqandaçılara" qarşı yönəldilə bilər.

"Navalnıya Rusiyanın hücumundan sonra bir enerji məsələsindən danışmalıyıq. Bu, əlimizdə olan ən güclü arqumentdir. "Şimal axını-2" layihəsi əlavə təzyiq göstərmək imkanlarından biridir. Rusiyaya qarşı sadə çağırışlar bəs eləmir", - mühafizəkar və mərkəzçi Avropa Xalq partiyası fraksiyasının rəhbəri Manfred Veber Spiegel-ə deyib.

Digər sanksiyalar dedikdə, adəti üzrə AB-də aktivlərin dondurulması və birlik ölkələrinə girişin qadağan edilməsi nəzərdə tutulur. 

"Avropa Birliyi daha qeyri-müəyyən mənşəyə malik rus zənginliklərinin həvəslə qarşılandığı yer olmamalıdır", - qətnamədə qeyd olnub. 

Səsvermə sabah keçirilməlidir. Qətnamə qəbul edilərsə, sanksiyalar avtomatik tətbiq olunmayacaq, onları yalnız AB-nin bütün 27 üzvü Şuranın mexanizmlərinin tətbiqi ilə qəbul edə bilər.

Bundan öncə jurnalistlərə bildirilib ki, Navalnının həbs edilməsi barədə məsələ AB ölkələrinin başçılarının videokonfransında qaldırıla bilər, ancaq hərtərəfli müzakirə AB XİN rəhbərləri səviyyəsində yanvarın 25-də aparılacaq. 

Bazar ertəsi Ximki şəhər məhkəməsi Aleksey Navalnını 30 sutka həbs edib. Onu bazar günü zəhərlənmədən müalicə olunduğu Almaniyadan qayıdarkən Şeremetyevo aeroportunda həbs etmişdilər. 

Xəbər lenti
0