BAKI, 18 yanvar — Sputnik. ABŞ Prezidenti seçilən Co Baydenin administrasiyası zamanı Birləşmiş Ştatların Rusiya və Çinin qarşısını almaq xətti qalacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov 2020-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Baydenin komandasına təyinatlar Birləşmiş Ştatların dominantlıq xəttini davam etdirəcəyini göstərir.
Lavrov hesab edir ki, ola bilsin ki, ABŞ-ın yeni administrasiyası Rusiyaya qarşı davranışında daha nəzakətli olacaq.