QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İran Qarabağa dair planlarını açıqladı

© AP Photo / Ebrahim NorooziВид на Тегеран, фото из архива
Вид на Тегеран, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Qarabağ münaqişəsi zamanı İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edən Əmir Abdullahyan bu münaqişənin bitməsinin regiona sülh və sabitlik gətirəcəyini bildirib.

BAKI, 15 yanvar — Sputnik. İran və Azərbaycan iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlara malikdir. Sputnik Azərbaycan "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu İran Parlamentinin spikerinin beynəlxalq əlaqələr üzrə xüsusi köməkçisi Hüseyn Əmir Abdullahyan Azərbaycanın Tehrandakı səfiri Bünyad Hüseynovla görüşü zamanı bildirib.

Qarabağ münaqişəsi zamanı İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edən Əmir Abdullahyan bu münaqişənin bitməsinin regiona sülh və sabitlik gətirəcəyini bildirib.

Onun sözlərinə görə, İran şirkətləri böyük tikinti təcrübəsinə malikdirlər və Qarabağın bərpası zamanı rəsmi Bakıya kömək edə bilərlər. İran və Azərbaycanın rayonları arasında məsafənin az olması isə İran şirkətlərinə üstünlük verir.

Tərəflər, həmçinin regional məsələlər və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi yollarına dair fikir mübadiləsi aparıblar.

Xəbər lenti
0