Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kremldəki üçtərəfli görüşdən Vaşinqton indi xəbər tutur

© Sputnik / Vladimir Baranov / Mediabanka keçidВид на Кремль в центре Москвы, фото из архива
Вид на Кремль в центре Москвы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Moskvada bir araya gələn ABŞ və Fransa səfirləri Rusiya XİN başçısının müavini ilə Qarabağda bundan sonra atacaqları addımları da müzakirrə ediblər

BAKI, 14 yanvar - Sputnik. Rusiya Xarici işlər nazirinin müavini Andrey Rudenko ABŞ və Fransanın Moskvadakı səfirləri Con SallivanPyer Levini qəbul edib və onları bazar ertəsi Dağlıq Qarabağ üzrə aparılmış danışıqlar barədə məlumatlandırıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya XİN məlumat yayıb. 

"Səfirlər Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın yanvarın 11-də keçirdikləri üçtərəfli görüş barədə məlumatlandırıldılar. Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) gələcək birgə səyləri barədə fikir mübadiləsi də aparılıb", - məlumatda deyilir.

Qeyd edək ki, yanvarın 11-də Rusiya, Azərbaycan və Ermənistan liderləri Kremldə görüşərək Qarabağın sonrakı inkişafına dair birgə bəyannamə imzalayıblar.

Xəbər lenti
0