Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN senzuradan şikayət etdi

© Sputnik / Maksim Blinov / Mediabanka keçidВид на здание Министерства иностранных дел Российской Федерации с Бородинского моста в Москве
Вид на здание Министерства иностранных дел Российской Федерации с Бородинского моста в Москве - Sputnik Azərbaycan
Abunə olmaq
"Dünya, ilk növbədə ABŞ rəqəmsal platformalarının Rusiya KİV-lərinə münasibətdə özbaşınalığa dair narahatlığımızı bölüşürük"

BAKI, 13 yanvar — Sputnik. "Jurnalist peşəsi Rusiyada həmişə xüsusi yer tutub. İnformasiyanın operativ təqdim edilməsi və hadisələrin dərin analizi - bu keyfiyyətlər rus jurnalistikasının 300 illik tarixinin ən yaxşı ənənələrini davam etdirən rus mətbuatının müasir işçilərinə xasdır. Rusiya media azadlığı və məlumat əldə etmək də daxil olmaqla ifadə azadlığı sahəsində təməl prinsipləri ardıcıl və qətiyyətlə dəstəkləyir".

Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ölkə jurnalistlərini peşəkar bayramları münasibəti ilə təbrikində deyilir.

"Bu arada Qərbdə isə alternativ nöqteyi-nəzəri təqdim edən mənbələrin tənzimlənməsi və faktiki onun təmizlənməsinin gücləndirilməsi əsas tendensiyaya çevrilir. Vurğulamaq lazımdır ki, jurnalistlərin hüquqlarının məhdudlaşdırılması getdikcə geniş vüsət alır, bəzi ölkələr isə “istənilməyən” media təmsilçilərinə real dövlət təzyiq mexanizmləri yaradıblar. Rusiya bu cür praktikalara qəti şəkildə etiraz edir və KİV-in azadlığının universal prinsiplərinə ciddi riayət edilməsində təkid edir.

Ukraynada jurnalistlərin təhlükəsizliyi ilə bağlı vəziyyət xüsusi və ciddi narahatlıq doğurur. Rusiya dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətini həm açıq senzuraya, həm də jurnalistlərin fiziki məhvinə qədər hüquqlarının kobud şəkildə pozulmasına səbəb olan təhlükəli meyllərə yönəldib.

İndiyə qədər jurnalistlər Anatoli Klyan, Anton Voloşin, İqor Kornelyuk, Andrey Stenin, Andrea Rokkelli, Olesiya Buzina, Sergey Dolqov, Vyaçeslav Veremiya, Pavel Şeremet və digərlərinin ölüm işi ilə bağlı istintaq işində hər hansı bir inkişaf yoxdur. Ukraynada KİV nümayəndələri faktiki olaraq çoxdan KİV-ə, jurnalistlərə qarşı repressiya və fərqli düşüncəni əzmək yolunu seçmiş rəsmi Kiyevin əli ilə fiziki zorakılığa məruz qalırlar.

Руководитель представительства МИА Россия сегодня в Эстонии, шеф-редактор Sputnik Эстония Елена Черышева рассказывает об особенностях интернет-журналистики - Sputnik Azərbaycan
RUSİYA
Çerışeva: Avropanın Sputnik Estoniya-ya münasibətdə susqun mövqeyi cinayətdir

Baltikyanı ölkələrdə jurnalistlərin hüquqlarının da çoxsaylı şəkildə pozulması narahatlıq doğurur. 2019-cu ildə Litvada parlamentarilər “Sputnik-Litva” saytına çıxışı məhdudlaşdırmağa çağırıb, informasiya agentliyinin Baş redaktoru M.Kasem isə saxlanılıb və bu ölkədən 5 il müddətinə çıxarılıb. 1 yanvar 2020-ci ildə isə Cinayət Məcəlləsi ilə təqib təhdidi altında “Sputnik Estoniya” işçiləri öz fəaliyyətlərini dayandırdılar. Latviyaya da vəziyyət çətindir: “RT” qrupa məxsus olan yeddi kanalın yayımı dayandırılıb, “Pervıy Baltiyskiy kanal” (Birinci Baltik kanalı) bağlanılıb. 3 dekabr 2020-ci ildə isə Latviya Dövlət Təhlükəsizlik Xidməti “Sputnik-Latviya” və “Baltnews” informasiya portalının yeddi əməkdaşını saxlayıb", - qurumun məlumatında deyilir. 

Rusiya XİN bu aqressiv hərəkətləri demokratik cəmiyyətin təməllərinin - media azadlığının və fikir ifadə edilməsinin pozulmasının nümunəsi kimi qiymətləndirib.

"24 dekabr 2020-ci il tarixində Dövlət Dumasının deputatları Avropa dövlətlərinin parlamentlərinə müraciət edərək Latviyanın söz azadlığına hörmətlə bağlı beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasını qınamağa, habelə medianın sərbəst işinə dəstək verməyə, siyasi mübarizə və informasiya qarşıdurmasının alətləri kimi güc metodları və senzuradan istifadəyə qarşı çıxmalarını istəyib.

Dünya, ilk növbədə ABŞ rəqəmsal platformalarının Rusiya KİV-lərinə münasibətdə özbaşınalığa dair narahatlığımızı bölüşürük. Son aylar kütləvi bloklanma və Rusiya kontentinin silinməsi sistemli xarakter alıb və açıq senzura kimi özünü göstərir.

Sosial şəbəkə bazarının inhisarçılarının ayrı-seçkilik hərəkətlərində açıq-aşkar sətiraltı siyasi mənanı sezirik. Belə ki, bu hərəkətlər Amerika hökumətinin dünya hadisələrinə alternativ baxışı təmsil edən və Qərb mediası üçün informasiya rəqabəti təşkil edən məlumat mənbələrini qlobal efirdən sıxışdırmaq cəhdləri üzrə xarici siyasətinin reallaşdırılmasına yönəlib.

Bu problemli məsələləri beynəlxalq meydançarlarda qaldırmağa davam edir və həqiqi demokratiya və söz azadlığı prinsiplərinin hakim olacağına ümidimizi itirmirik", - deyə XİN-in məıumatında vurğulanır.

Qeyd edək ki, bu gün Rusiyada Mətbuat Günüdür. Bayram ilk rus çap qəzeti "Vedomosti"nin nəşr tarixi ilə bağlıdır: onun ilk nömrəsi 1703-cü il yanvarın 13-də dərc olunub və adı “Moskva dövlətində və digər qonşu ölkələrdə bilgiyə və yaddaşa layiq hərbi və digər hadisələr haqda xəbərlər” olub.

20-ci əsrin əvvəlində Rusiyada artıq 916 qəzet və 1351 jurnal dərc olunurdu. 1904-cü ildə Rusiyada Sankt – Peterburq Teleqraf Agentliyi (İTAR-TASS-ın tarixi sələfi) yaradıldı. Hər on illik keçdikcə nəşr saylarının sayı artırdı: 1989-cu ildə Rusiyada 5295 jurnal və 8532 qəzet, 2020-ci ildə isə onların sayı 42 minə çatıb. Onların 861-i dövrü mətbuat nəşrləridir.

Xəbər lenti
0