Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Ərdoğana Əliyev və Paşinyanla görüşü barədə nə deyib?

© Sputnik / Mihail Klimentev / Mediabanka keçid Президент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган
 Президент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki səylərini dəstəkləyib, Türkiyə və Rusiyanın birgə koordinasiyasının tərəfdarı olduğunu vurğulayıb.

BAKI, 13 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Moskvada yanvarın 11-i baş tutmuş Rusiya, Azərbaycan və Ermənistan liderlərin üçtərəfli görüşünün əsas yekunları barədə məlumatlandırıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Ərdoğan Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki səylərini dəstəkləyib, Türkiyə və Rusiyanın birgə koordinasiyasının tərəfdarı olduğunu vurğulayıb.

O, həmçinin Rusiya və Türkiyənin addımlarının koordinasiya etdirilməsinin önəmini qeyd edib.

Putin və Ərdoğan, o cümlədən Qarabağda atəşkəs rejiminə nəzarət üzrə Rusiya – Türkiyə Mərkəzinin formalaşdırılmasını müzakirə edib.

Qeyd edək ki, Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi Ağdamda yerləşəcək.

Xəbər lenti
0