Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə Rusiyaya yeni şərt qoydu

© © Photo by Handout / TURKISH DEFENCE MINISTRY / AFPS-400 zenit raket komplekslərinin Türkiyəyə tədarükü, arxiv şəkli
S-400 zenit raket komplekslərinin Türkiyəyə tədarükü, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Nə qədər ki, əlavə sanksiyalar tətbiq olunmayıb, biz bunda bir risk görmürük. Əgər istəsək, S-400-lərin ikinci dəsti günü bu gün Türkiyəyə gətirilə bilər".

 

BAKI, 11 yanvar — Sputnik. Rusiya Türkiyədən S-400 zenit raket kompleksinin ikinci dəstini almağın şərtini açıqlayıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadla bildirir ki, bu barədə Türkiyə müdafiə sənayesi katibliyinin rəhbəri İsmayıl Dəmir məlumat verib.

"Nə qədər ki, əlavə sanksiyalar tətbiq olunmayıb (ABŞ tərəfindən – red.), biz bunda bir risk görmürük. Əgər istəsək, S-400-lərin ikinci dəsti günü bu gün Türkiyəyə gətirilə bilər. Ancaq bizim üçün birgə istehsal və texnologiyaların ötürülməsi məsələsi çox vacibdir", – deyə o bildirib.

İ.Dəmir onu da əlavə edib ki, Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksi istifadəyə hazırdır və ehtiyac yaranarsa, tətbiq olunacaq.

Qeyd edək ki, Ankara Türkiyə-Amerika münasibətlərində böhrana səbəb olan S-400 zenit raket kompleksinin Rusiyadan tədarükünə 2019-cu ilin yayında başlayıb. ABŞ Türkiyəni bu addımı atmaqdan çəkindirmək üçün sanksiyalarla hədələyərək sonradan həmin sanksiyaların tətbiqinə başlayıb. Nəticə etibarı ilə ötən ilin sonlarında ABŞ türk məmurlarına və müəssisələrinə qarşı sanksiya tətbiq edib.

 

Xəbər lenti
0