BAKI, 9 yanvar - Sputnik. Müdafiə Nazirliyi işğaldan azad edilmiş kəndlərin videogörüntülərini yaymaqda davam edir. Bu gün qurumun rəsmi saytında Qubadlı rayonunun Muradxanlı kəndindən videogörüntülər paylaşılıb.
Qeyd edək ki, Muradxanlı kəndi 1 noyabr 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilib. Ermənilərin silahlı basqını nəticəsində kənddə 5 nəfər həlak olub, 8 nəfər yaralanıb.
Muradxanlı kəndi 2020-ci ilin 2 noyabrında - tam 28 il sonra işğaldan azad edilib. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla həmin kənddən çəkilmiş videogörüntüləri təqdim edir.