QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şentop: "Cənubi Qafqazda problemlər öz həllini tapmayıb, əksinə, daha qarışıq hal alıb"

© AFP 2024 / ADEM ALTANПредседатель Великого национального собрания Турции Мустафа Шентоп, фото из архива
Председатель Великого национального собрания Турции Мустафа Шентоп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
TBMM sədri Ermənistanın həm Türkiyəni, həm də Rusiyanı Qarabağ münaqişəsinə cəlb etməyə çalışdığını bildirib.

BAKI, 8 yanvar — Sputnik. Bu gün Topqapı sarayında Türkiyə Böyük Millət Məclisi, İstanbul və Mərmərə universitetlərinin birgə təşkil etdiyi "Cənubi Qafqazda güc tarazlığı və Qarabağ problemi Simpoziumu" keçirilib. Sputnik Azərbaycan Anadolu agentliyinə istinadla xəbər verir ki, tədbirdə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop açılış nitqi ilə çıxış edib. Çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunan Şentop bildirib ki, noyabrın 9-da Qarabağ problemi həll olunsa da, Cənubi Qafqazdakı, Türkiyənin ətrafındakı problemlər hələ öz həllini tapmayıb, əksinə, bu müddət ərzində daha qarışıq hal alıb.

TBMM sədri Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olduğunu bir daha vurğulayıb.

"Tarix baxımından nə qədər uzağa getsək belə, XIX əsrdə İran və Rusiya arasında bağlanan müqavilələrdən sonra da Dağlıq Qarabağın Azərbaycan idarəsi altında olduğu ərazi kimi müəyyən olunduğunu və sonrakı illərdə, sovet dönəmində də bunun belə davam etdiyini görərik", – deyə o bildirib.

Şentop onu da vurğulayıb ki, Ermənistan həm Rusiyanı, həm də Türkiyəni Qarabağ münaqişəsinə cəlb etməyə çalışıb: "Məlumdur ki, Ermənistan Rusiyanı öz tərəfində bu münaqişəyə cəlb etmək üçün çox cəhd göstərdi. Lakin Rusiya Prezidenti Vladimir Putin başda olmaqla bu ölkənin səlahiyyətli şəxsləri münaqişənin Azərbaycan torpaqlarında getdiyini, başqa sözlə, müdafiə prinsiplərinin yalnız Ermənistana hücum olarsa, qüvvəyə minəcəyini çox konkret şəkildə ifadə etdilər".

Şentop Ermənistanın eyni şəkildə Türkiyəni də münaqişəyə cəlb etmək istədiyini vurğulayıb: "Ermənistan Naxçıvana hücum etməklə Türkiyəni bu qarşıdurmaya çəkməyə cəhd göstərdi. Bununla da Ermənistanın sadəcə Cənubi Qafqaz üçün deyil, əslində bütün bölgə üçün təhdid olduğunu açıq şəkildə ortaya qoydu".

Xəbər lenti
0