BAKI, 1 yanvar - Sputnik. Müdafiə Nazirliyi Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin videogörüntülərini paylaşmaqda davam edir. Bu gün Nazirlik 9 noyabr 2020- ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmiş Qubadlı rayonunun Xocahan kəndindən videogörüntülər yayıb.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən həmin görüntüləri təqdim edir.