Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Türkiyə sərhədinə əsgər toplayır

© Sputnik / Mikhail Voskresensky / Mediabanka keçidRusiyalı hərbi qulluqçular, arxiv şəkli
Rusiyalı hərbi qulluqçular, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin Mardin vilayətinin Nusaybin rayonu ilə sərhəddə yerləşən Qamışlıdakı rus hərbçilərinin sayı 1000-ə çatdırılıb.

BAKI, 28 dekabr — Sputnik. Rus ordusu Suriyanın Latakiya bölgəsindəki Xmeymim hava bazasından Hasakenin Qamışlı bölgəsinə yüzlərlə əsgər və hərbi vasitə göndərib. Sputnik Azərbaycan "Milliyet" qəzetinə istinadla xəbər verir ki, Türkiyənin Mardin vilayətinin Nusaybin rayonu ilə sərhəddə yerləşən Qamışlıdakı rus hərbçilərinin sayı isə 1000-ə çatdırılıb.

Yerli mənbələrdən əldə edilən məlumata görə, Rusiya son bir ayda Fərat çayının şərqindəki Hasake vilayətindəki bazalarına və digər hərbi nöqtələrə əsgər toplamağa başlayıb. Dekabr ayı ərzində Rus ordusu Latakiyadakı Xmeymim hava bazasından yüzlərlə zirehli texnika və hərbi personalı nəqliyyat təyyarələri və logistik yük maşınları vasitəsilə Qamışlıya daşıyıb. Axırıncı dəfə isə keçən həftə iki döyüş təyyarəsi və altı helikopter Qamışlıya enib. Hərbçilər Qamışlı hava limanında və Əsəd rejiminin nəzarəti altında olan Rusiya hərbi bazasında yerləşdirilib.

Rus komandirləri 300 nəfərlik qruplara bölünmüş əsgərlərə ağır silahlar və snayperlərlə təlim keçir. Təlimlər səhər tezdən Qamışlı hava limanında başlayır, hər qrupa 3 rus komandiri komandanlıq edir.

Xəbər lenti
0