Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Yenə də ağ fosforlu bomba aşkarlanıb

© Sputnik / Aleksey Kudenko / Fotobanka keçməkСотрудник Национального агентства по разминированию территорий Азербайджана (ANAMA)
Сотрудник Национального агентства по разминированию территорий Азербайджана (ANAMA) - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Bundan əlavə, 2016-cı il aprel hadisələrindən sonra 11 may tarixində də Tərtər rayonunun Əskipara kəndi ərazisində əkin sahəsində düşmən tərəfindən atılmış bir ədəd mərmi götürülmüşdü.

BAKI, 25 dekabr — Sputnik. Dekabrın 25-də Tərtər rayonunun işğaldan azad olunmuş Suqovuşan kəndində keçmiş düşmən postu ərazisində 22 mm D-4 (P-4) ağ fosfor tərkibli, istifadəsi beynəlxalq hüquq normalarına zidd olan top mərmiləri aşkar olunub.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildirilib.

Xatırladaq ki, bundan öncə də dəfələrlə erməni silahlı qüvvələrinin istifadə etdiyi ağ fosforlu bombalar aşkar edilmişdi.

Belə ki, əvvəlcə 03.11.2020-ci il tarixində Tərtər rayonunun iki kəndi - Səhləbad və Əskipara kəndləri yaxınlığında tərkibində 3,6 kq fosfor olan 2 ədəd D4 122mm-lik top mərmisi, 8 oktyabr tarixində isə Füzuli rayonunun Ağayatlı kəndi ərazisində eyni mərmi tapılıb və zərərsizləşdirilib.

Bundan əlavə, 2016-cı il aprel hadisələrindən sonra 11 may tarixində də Tərtər rayonunun Əskipara kəndi ərazisində əkin sahəsində düşmən tərəfindən atılmış bir ədəd mərmi götürülmüşdü.

Xəbər lenti
0